Bakı metrosunda maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb, sərnişinlər vaqonlardan düşürülüb

“Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvafiq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. “28 May” stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandıqdan sonra, qatar “Gənclik” stansiyasından başlayaraq sərnişinlərlə yoluna davam edib.

ƏvvəlkiDominikanda partlayışdan ölənlərin sayı 25-ə çatıb
NövbətiBir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq