Bakı metrosunda qadın özünü qatarın altına atıb

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında intihara cəhd hadisəsi baş verib.

Türk.az-ın əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına atıb.

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb.

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.

ƏvvəlkiATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar
NövbətiŞəhidin nəşi Qaxa gətirilib