Bakı metrosunda qatarlar arasında intervalın bir qədər də azaldılması üçün addımlar atılacaq.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
“Metrodan istifadənin daha da genişlənməsi gözlənilir. Dövlətin metroya diqqəti böyükdür. Məhz bu diqqət nəticəsində indiyə qədər yeni vaqonlar alınıb və bundan sonra da alınacaq”, – deyə o qeyd edib.
Nazir müavini həmçinin yollarda aparılan rənglənmə işlərinin keyfiyyətsiz olması barədə deyilənlərə də münasibət bildirib: “Bu rənglənmə zamanı tələb edilən maddənin miqdarının normadan az olması ilə bağlıdır və onun da keyfiyyətinin artırılması istiqamətində addımlar atılır”.