“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə “Report”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.