Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni  cədvəl üzrə hərəkət edəcək.

Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə,  həmin istiqamətdə  hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət  qrafikində dəyişiklik ediləcək. Hazırda isə  gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.

ƏvvəlkiNaqif Həmzəyev AŞPA-da Azərbaycanla bağlı yanlış məlumata etirazını bildirib 
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub