Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən 50 yaşlarında kişini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Travmatik şok keçirdiyindən piyadanın kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.