Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

ƏvvəlkiGürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
NövbətiGürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib