Bakı sakininin məhbus qardaşına narkotik və psixotrop maddə aparmasının qarşısı alınıb

Bakıda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd edilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilən Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilən bükülülərdə 0,546 qram narkotik maddə – “heroin” və 0,232 qram psixotrop maddə – “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBu gündən yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu başlayıb
NövbətiSIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub