Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə əsas düyün
yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən
Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində
gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz
sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb. Eyni
zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də
Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik
qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin
sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu
istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.

ƏvvəlkiErmənilər atəşkəsi 84 dəfə pozub
NövbətiHavanın temperaturu nə vaxt enəcək? – Nazirlik açıqladı