Qısa müddət ərzində Bakı və şəhərətrafı yollarda, eləcə də avtomagistrallarda 6 yeni yerüstü piyada keçidinin inşasına başlanılması nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Həmin ünvanlar aşağıdakılardır.
– Zığ yolunda;
– M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi);
– M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində;
– Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində;
– Nobel prospektində, “Ağ şəhər” layihəsi çərçivəsində;
– Ziya Bünyadov prospektində, Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında.