Bakıda 31 yaşlı qadını yoldaşı bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

Türk.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Əmiraslanova Sevil Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin sol qabırğasının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiFədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb
NövbətiHacıbəy Zakatalski ona qarşı olunan haqsızlıqlar barədə prezidentə müraciət etdi