Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Buradakı mənzillərdən birində 94 yaşlı Əhmədxan Əhmədoviç Qamedovun meyiti aşkarlanıb.
Meyitdə çürümə prosesləri getdiyi bildirilir. Məlumata əsasən, mərhum bir neçə gün əvvəl ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.