Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 kv/m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Anbara bitişik sexlər yanğından mühafizə olunub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.