Bakıda Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb.
“Report” xəbər verir ki, tədbirdə əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.
Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara dövlət dəstək verir: “Aqrar sahədə sahibkarlar bütün vergilərdən azaddırlar”.
Ş.Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yaradılmasına diqqət çəkərək, biznesin inkişafı üçün qarşıdakı illərdə də tədbirlər görüləcəyini qeyd edib.