Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.
“Report” xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.
Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.
Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas “Report”a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.