Bakıda bankomatları yaran dəstə üzvlərinə cəza kəsildi

Bakıda bankomatlardan oğurluq etməkdə təqsirləndirilən dəstənin məhkəməsi başa çatıb.

Türk.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bankomat yarmaqda və ordakı pulu oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov onunla ittiham olunan Orxan Əhmədov, Rizvan Ağayev,və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən X.Rüstəmov 9 il, O.Əhmədov 8 il, R.Ağayev 10 il və E.Zülfüqarov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən Xəyal Rüstəmov Beyləqan rayon Polis Şöbəsinin əməkdaşı olub və Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.

Qeyd edək ki, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib, içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb.

Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib. Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.

ƏvvəlkiƏsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub
NövbətiTacikistan prezidenti son 17 ildə ilk dəfə Özbəkistana səfər edib