Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakıda 15 yaşlı yeniyetmənin başına daş parçasının düşüb ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

[advanced_iframe src=”//baku.tv/az/dunyaa/37520/” width=”100%” height=”600″]
ƏvvəlkiAVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
NövbətiŞuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi