Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Musavat.comxəbər verir ki, yanğından ciddi xəsarət alan olmayıb. Dəyən maddi zərər müvafiq qurumlar tərəfindən hesablanır.

***

Musavat.com-un ərazidə olan əməkdaşı xəbər verir ki, hazırda binadan sakinlərin təxliyəsi həyata keçirilir. Əməkdaşımız bildirib ki, binadan 2 uşaq da çıxarılıb. Onların tüstünün təsirindən halları pisləşib. Ümumilikdə sakinlər arasında tüstüdən zəhərlənənlərin sayının çox olduğu bildirilir.

Əraziyə 2 yanğınsöndürən maşın və 3 təcili yardım maşını cəlb edilib.

ƏvvəlkiAzərbaycan sərhədini ötən ay saxta sənədlərlə keçməyə cəhd göstərən 30 nəfər saxlanılıb
NövbətiBal yarmarkasına ilk dəfə Şərqi Zəngəzur və Qarabağdan fermerlər qatılıb