Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadeən xəbər verir.
Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası – Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.