Bakıda daha bir süpürgəçini maşın vurdu

Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:

“Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başalyıb.

Əvvəlki“Azəriqaz” qazdan boğulma hallarına qarşı mübarizə tədbirlərinə başladı
Növbəti“Azərbaycan Dəmir Yolları” daha bir şirkət yaradıb