Paytaxt ərazisində güclü külək səbəbindən aşan ağacların sayı 70-i keçib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və gündüz saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.
Külək nəticəsində bu saata qədər 93 iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə müxtəlif dərəcəli ziyan vurub.