Bakıda həyat yoldaşını boğaraq öldürən şəxsə cinayət işi açılıb.
Bu barədə “Report”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.