Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına gerisayım başlayıb

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 20 gün qalıb.

AZƏRTAC xəbər verir ki, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti baş tutacaq.

Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. İdmançılar “Baku Crystal Hall”da qələbə uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il əvvəl verilib.

ƏvvəlkiPrezident İlham Əliyev Heydər Əliyevlə bağlı paylaşım edib
Növbəti“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim olunub