Bakıda məcburi köçkünlərin məskunlaşdığı tikili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 300 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb