Bakıda məşhur mağazadan “black fırıldaq”

Bu gün dünyanın bir çox ölkəsində “black friday” (qara cümə) qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, artıq bir neçə ildir ki, Azərbaycanda da “black friday” günündə bir neçə mağaza və şirkətlər tərəfindən endirimlər tətbiq olunur. Bu il isə bu rəqəm daha yüksəkdir. Belə ki, paytaxtın məşhur alış-veriş mərkəzlərində hazırda 30,50 və 70 faizədək endirimlər var. Bu səbəbdən bəzi mağazalarda sıxlıq yaranıb.

Bu gün “28 Mall”dakı endirimlərlə maraqlanan Open.az-ın əməkdaşı maraqlı faktla qarşılaşıb. Məlum olub ki, bəzi məhsullara 40 faiz endirim yazan “Pull&Bear” mağazasında pencəyin qiyməti 99 manata təklif edilsə də, kağızın altında ilkin qiyməti 39 manat imiş.

Qeyd edək ki, “Black friday” ABŞ-da “şükran günü”ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən bu yana Yeni il alış-verişinin başlanğıcı kimi bilinir. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanmır və endirimlər olur.

ƏvvəlkiÇin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır
NövbətiAzerTelecom “BakuTel 2018” sərgisində iştirak edəcək