Bakıda 13 nömrəli marşrut avtobusunda ondan maska taxmasını tələb edən sürücünü vuran sərnişin saxlanılıb.
Qafqazinfo-nun məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon, Masazır qəsəbə sakini Anar Nehmətli saxlanılıb.
O, iki maddə ilə ittiham olunur. Gün ərzində onun barəsində qərar verilməsi üçün materiallar məhkəməyə göndəriləcək. A.Nehmətlinin saxlanılması barədə məlumatı Bakı BPİ-nin Mətbuat xidməti təsdiqləyib.
Bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
https://www.facebook.com/100014398756180/videos/903077920182158/?extid=gvuHWxWqVmau9Oml