Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 3 438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.
Araşdırma aparılır.