Bakıda 1932-1933-cü illərdə yaşanmış Qolodomorun 90 illiyinə həsr olunmuş “Cənab Cons” filminin nümayişi keçirilib.
“Report” xəbər verir ki, nümayişi Ukraynanın Azərbaycandakı Səfirliyi təşkil edib.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin tədbirdə bildirdiyi kimi, Qolodomor Ukrayna xalqının tarixində faciəli səhifə olub.
“Üstəlik, bunun sülh dövründə baş verməsini xüsusi vurğulamaq lazımdır. Hər saat yüzlərlə insan ölürdü. Bu hadisələrdə günahkar olanların hamısının cəzalandırılması təkcə bizim üçün deyil, bütün dünya üçün vacibdir”, – səfir deyib.
Məşhur polşalı rejissor Aqneşka Hollandın “Cənab Cons” filmi britaniyalı jurnalistin Qolodomor haqqında həqiqətlərin çatdırılması uğrunda apardığı mübarizənin həyəcanlı hekayəsindən bəhs edir.
Xatırladaq ki, britaniyalı jurnalisti Qaret Cons 1933-cü ildə Rusiyaya səfər edib. O, Stalindən müsahibə almaq və anasının dünyaya gəldiyi yeri tapıb canlı görmək üçün Ukraynaya getmək istəyirdi. Müsahibəni ala bilməsə də, Cons Qolodomor, Stalinin Ukraynanı sürüklədiyi, bir neçə milyon insanın həyatına son qoyan humanitar fəlakət haqqında yazan ilk Qərb müxbirlərindən biri olub.