Bakıda regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mövzusunda dəyirmi masa təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Şimal-Cənub” Politologiya Mərkəzin təşkilatçılığı ilə “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində. İlin yekunları və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin direktoru Gülnarə Məmmədzadənin moderatorluğu ilə keçən dəyirmi masada çıxış edən “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova 2020-ci ilin payızında baş verən 44 günlük müharibə nəticəsində regionda yaranan yeni reallıqların bir sıra sahələrdə, xüsusilə iqtisadi sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni perspektivlərini yaratdığını qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Nizami Səfərov bir il əvvəl ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnın Vətən müharibəsi ilə BMT-nin qəbul etdiyi qətnamələrinin tələblərinin həyata keçirildiyini bildirib, regionun iqtisadi inkişafına təkan verəcək amillər sırasında Rusiya ilə əməkdaşlığı xüsusi qeyd edib.

Sonra Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə işləri üzrə komitəsi sədrinin müavini Artyom Turov, Azərbaycan Milli Məclisinin deputatları Əminə Ağazadə, Emin Hacıyev və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Andrey Maslin tədbirdə çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.

ƏvvəlkiBaş nazir Əli Əsədov Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə və yenidənqurma işləri ilə tanış olub
NövbətiRusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır