2023-cü ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4 milyard 811,0 milyon manat olub.
Bu barədə Trend-ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 2 milyard 556,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,7 faiz artaraq 2 milyard 254,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 33,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.