Bakıda yük maşını polis şöbəsinin darvazasına çırpılıb.
“Report”un xəbərinə görə, hadisə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin həyətində baş verib.
Belə ki, “Hyundai” markalı yük maşını idarənin divarını uçurub.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, hadisə sürücünün ehtiyatsızlığı nəticəsində baş verib.