Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə Trend-ə AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

ƏvvəlkiŞəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
NövbətiPrezident İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib