Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Report”a verilən xəbərə görə, hazırda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

6. Tbilisi prospekti, mərkəz istiqamətində;

7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində

8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

ƏvvəlkiPaytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
NövbətiYaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir