Bu gecə, saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində aparılacaq qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.
Bu barədə “Report” Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Sürücülərə həmin istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmalarını tövsiyə edilir.