Rusiyanın Krasnoyarsk diyarında Krasnoyarsk-Bakı aviareysinin sərnişini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən 22 min ABŞ dollarından çox pulu keçirməyə çalışdığına görə mühakimə oluncaq.
“Report” “Newslab.ru”ya istinadən xəbər verir ki, göstərilən reysin 52 yaşlı sərnişini gediş salonundakı gömrük nəzarəti zonasına keçib və səlahiyyətlilərə gömrük bəyannaməsində qeyd edilməli olan qədər pulu olduğunu bildirməyib. Amma Krasnoyarsk gömrükçüləri pulu aşkarlayaraq müsadirə ediblər. Kişinin üzərində 19300 ABŞ dolları, 802900 Rusiya rublu və 100 Azərbaycan manatı olub.
Hazırda onun barəsində olan cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. İndi saxlanılan şəxs barəsində aşağıdakı cəza növlərindən biri tətbiq olunacaq: qanunsuz keçirilmiş pulun 3 mislindən 10 mislinədək miqdarda cərimə, 2 ilə qədər azadlığın məhdudlaşıdırılması və ya eyni müddətə icbari işlərə cəlb edilmə.