Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.
Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.