Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarının dəvəti ilə Almatıya işgüzar səfər edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə yanvarın 30-da Almatı şəhərinə işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

ƏvvəlkiSu şəbəkəsinə qoşulma üzrə islahatların və yeni tariflərin təqdimatı keçirilib
NövbətiPrezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib