“Əminəm ki, Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin ruhuna uyğun həll olunacaq”.
Türk.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından öncə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflər yeni komissiyalar yaratmaq və işə başlamaq barədə qərar qəbul ediblər: “Bu proses çox zəhmət tələb edəndir. Hər bir nüans xüsusi diqqət tələb edir”.