“İcbari tibbi sığortanın xidmətlər paketində hansı xidmətlərin göstəriləcəyi qeyd olunub. İcbari tibbi sığorta üzrə səhiyyə xidmətləri əhəmiyyətli dərəcədə genişləndiriləcək”.
Türk.az–ın xəbərinə görə, bunu Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, xidmətin baza zərfinə daxil olan xidmətlərdən bütün vətəndaşlar yararlana biləcək: “Elə xidmətlər var ki, onlar icbari tibbi sığortada nəzərdə tutulmur. Məsələn, plastik əməliyyatlar… Hesab edirəm ki, icbari tibbi sığorta əhəmiyyətli sosial layihədir”.