Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov arasında görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.
Bununla da, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.