Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub.
“Report”un məlumatına görə, həlledici oyunda “Gəncə” və NTD klubları üz-üzə gələcəklər.
Qərb təmsilçisi yarımfinalda “Neftçi İK”nı mübarizədən kənarlaşdırıb. Sərhədçi İdman Mərkəzində keçirilmiş matçda gəncəlilər yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (26 xal, 6 ribaund), “Neftçi İK”dan isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.
İkinci yarımfinal qarşılaşmasında NTD “AAAF Xırdalan”ı məğlub edib – 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), “AAAF Xırdalan”dan isə BK” (Devin Pullum – 23 xal, 5 asist) ən məhsuldar oyunçular olublar.
Qeyd edək ki, martın 26-da keçiriləcək final oyunu saat 16:00-da start götürəcək.