Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, “Bilgəh” və “Qobustan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.