Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Qızılqum” və “Sabirabad” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 4 nəfər xilas edilib”, – məlumatda qeyd edilib.