ABŞ Prezidenti Cozef Bayden 2001-cilin sentyabr ayının 11-də baş verən terror aktlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, fövqəladə vəziyyət rejimi 1 il müddətinə uzadılıb.
C.Baydenin ABŞ Konqresinə göndərdiyi məktubda bildirib ki, fövqəladə vəziyyət rejiminin uzadılmasına səbəb terror təhlükəsinin davam etməsidir.
Qeyd edək ki, 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-da dünya tarixində ən böyük terror aktları baş verib. Terror aktları nəticəsində 2996 nəfər ölüb, 6 mindən çox insan isə yaralanıb.