“ABŞ təhlükəsiz Avropa olmadan çiçəklənə bilməz”.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
“Ötən illər ərzində biz qlobal sabitliyin lövbəri olan Avropa ilə ABŞ arasında münasibətlərin vacibliyini sübut edərək transatlantik tərəfdaşlığı yeni zirvələrə qaldırmışıq. ABŞ-ın təhlükəsiz Avropa olmadan çiçəklənə biləcəyi fikri əsassızdır”, – deyə o qeyd edib.