Bayılda sürüşmənin miqyası genişlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecəboyu davam edib. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub.

Bu barədə Türk.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, hasarın əhatə elədiyi tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Həmin ərazidə yaxın saatlar ərzində sürüşmə prosesinin baş verəcəyi gözlənilir. Hasarətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

Əvvəlkisürüşmə zonası
NövbətiTürkiyə və Səudiyyə Ərəbistanının istintaq qrupları krallığın İstanbuldakı baş konsulluğunu tərk ediblər