Ramazan Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi hərəkət intensivliyindən və sərnişin axınının dəyişməsindən asılı olaraq vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətləri göstərmək məqsədi ilə tam gücü ilə fəaliyyət göstərib.
Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.
Sərnişin sıxlığı nəzərə alınaraq hərəkətin səmərəli təşkil edilməsi məqsədi ilə xəttlərə əlavə avtobuslar cəlb edilib, reyslərin müntəzəmliyi təmin edilib.
Biletlər qabaqcadan və gündəlik satış kassalarından, eləcə də “avtovagzal.az” saytı vasitəsi ilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arasında intervallar, habelə kassaların buraxılış qabiliyyəti nəzərə alınmaqla, sərnişinlərimiz vaxt itkisi ilə qarşılamasın deyə əlavə kassalar açılıb.
Ümumilikdə 29 aprel 3 may tarixində 1164 reyslə 33 551 sərnişin daşınıb.