Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib.
Sərginin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu, müəlliflik hüququnun mədəni irsin yaranması və qorunub saxlanmasında əhəmiyyətini vurğulamaq, gənc nəslin diqqətini mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
BDU-nun həyətində keçiriləcək sərgidə ölkənin tanınmış nəşriyyatları və kitab mağazaları iştirak edəcək.