29 mart, 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında “Sazlı Sözlü Kəlağayı Günləri” adlı layihənin davamı keçirilib. Tədbirdə “Anam kəlağayılı bir muğamıydı…” kitabının təqdimatı və Kəlağayı Muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi təqdim edilib.Tələbə qızların kəlağayı haqqında sualları Güllü Eldar Tomarlı tərəfindən cavablandırdı və sərgi tələbələr tərəfindən maraqla, sevgiylə qarşılandı.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, ərazi bütövlüyü, suverinliyi uğrunda şirin canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair, publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ”Sazlı-sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsindəki tədbirlər yanvar ayından Kəlağayı Muzeyindən başlayaraq sonra, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Fövlət Pedaqoji Kollecində çox yüksək səviyyədə keçirildi, bu gün Bakı Dövlət Universitetinin Qazax filialında davam edir və yekun olaraq noyabrın 26-da, 2024- cü ildə Heydər Əliyev Sarayında ”26 Noyabr- Azərbaycan Kəlağayısı günü” münasibəti ilə kəlağayı bayramı keçiriləcəkdir. Kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESKO-nun Qeyri -Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, dünya birliyi tərəfindən tanıdılmış və təqdim olunmuşdur. Sazlı Sözlü Kəlağayı Günləri 2024- cü ildə ilboyu Azərbaycan boyu qeyd olunur.
Sonra söz Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmova verildi. O, kəlağayının bayram kimi qeyd edilməsinin tarixi bir hadisə olduğunu vurğulayıb və kəlağayının milli mənəvi dəyər kimi həmişə öndə olmağını vurğuladı.
Qazax Rayon İcra Hakimiyyətinin müavini Gülayə Həsənova öz çıxışında kəlağayının gənclər arasında təbliğatın vacibliyini vurğulayıb və ölkəmizdə belə tədbirlərin geniş vüsət almasını, dövlətimizin dəstəyini önə çəkib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman , universitetin mətbuat xidmətinin rəhbəri Elçin İsmayılov, şairlərdən – Güləmail Murad, Brilyant Atəş, Güləndam Dağlarqızı, universitetin müəllimləri -professor Valeh Nəsibli, şair Mustafa Rasimoğlu, professor Hüseyn Xəlilov kəlağayı haqqında yazdığı şeirləri, xatirələri söylədilər. Universitetin tələbələri saz üstündə söylədikləri şeirləri, musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı bu möhtəşəm Sazlı Sözlü Kəlağayı Günlərinin Azərbaycanın hər bir bölgəsində, elm və təhsil ocaqlarlnda gözəl, həm də böyük sevinclə qarşılandığına, təşkilatçılığa və dəstəyə görə dövlət qurumlarına təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
Mirvarid Dilbazi Poeziya|
Məclisinin Mətbuat xidməti