BƏƏ növbəti süni peykini uğurla orbitə buraxıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Space42” şirkəti “Sürəyya 4” süni peykinin uğurla orbitə buraxıldığını bildirib. Bu, şirkətin orbitə buraxılan sayca 6-cı peykidir.

AZƏRTAC “əl-Xəlic” qəzetinə istinadla xəbər verir ki, telekommunikasiya peyki “SpaceX” şirkətinin “Falcon 9” raket daşıyıcısı vasitəsilə ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodomundan orbitə göndərilib. Peykin bir neçə aydan sonra Yerdən 36 min kilometr hündürlükdə sabit orbitinə çatacağı gözlənilir. Peyk Airbus “Beluga” təyyarəsi ilə Fransadan Floridadakı kosmodroma çatdırılıb.

 

ƏvvəlkiTürkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək
NövbətiQazaxıstanda yollarda qalmış 500-dək sərnişin mənzil başına qatarla çatdırılıb